İstifadəçi Razılaşması
Ümumi müddəalar
1.1. Bu İstifadəçi Razılaşması (bundan sonra — “Razılaşma”) kapitalist.az internet saytından (bundan sonra — “Sayt”) istifadə qaydalarını tənzimləyir.
1.2. Sayt daşınmaz əmlak elanlarının yerləşdirilməsi, axtarışı və baxışı üçün onlayn platformadır və alıcı ilə satıcı arasında birbaşa tərəf kimi çıxış edir.
1.3. Saytdan istifadə etməklə istifadəçi bu Razılaşmanın bütün şərtlərini oxuduğunu, başa düşdüyünü və qəbul etdiyini təsdiqləyir.
1.4. Razılaşma Azərbaycan Respublikasının Konstitusiyasına, Mülki Məcəlləsinə, “Elektron ticarət haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və digər müvafiq qanunlara uyğun tərtib edilmişdir.
2. Terminlər və anlayışlar
2.1. Sayt — kapitalist.az domeni və onun bütün alt səhifələri.
2.2. İstifadəçi — Sayta daxil olan, qeydiyyatdan keçən və elan yerləşdirən fiziki və ya hüquqi şəxs.
2.3. Vasitəçi – Saytda öz müştərilərinin elanlarını yerləşdirən, alqı-satqını bilavasitə həyata keçirən hüquqi şəxs və ya agentlik.
2.4. Elan — istifadəçi tərəfindən Saytda yerləşdirilən daşınmaz əmlak haqqında məlumat.
2.5. Administrator — Saytın idarəedici hüquqlarına malik şəxs və ya qurum.
2.6. Hesab — istifadəçiyə məxsus fərdi profil.
3. Saytdan istifadə şərtləri
3.1. Saytdan istifadə yalnız qanunvericiliyə uyğun məqsədlərlə həyata keçirilə bilər.
3.2. İstifadəçi aşağıdakı hallarda Saytdan istifadə edə bilməz:
yanlış, aldadıcı və ya qeyri-dəqiq məlumat paylaşmaq;
üçüncü şəxslərin hüquqlarını pozmaq;
qanunsuz, etikaya zidd və ya təhqiramiz məzmun yaymaq;
saytın texniki işinə müdaxilə etmək.
3.3. Sayt 18 yaşdan aşağı şəxslər üçün valideyn nəzarəti olmadan istifadə üçün nəzərdə tutulmur.
4. Qeydiyyat və istifadəçi hesabı
4.1. Saytın əsas funksiyalarından istifadə üçün qeydiyyat tələb olunmur. Qeydiyyatdan keçməyən istifadəçilər aşağıdakı imkanlardan yararlana bilərlər:
elanları axtarmaq və filtrasiya etmək;
elanların ətraflı məlumat səhifələrinə baxmaq;
elanları sevimlilərə (favorilərə) əlavə etmək.
4.2. Elan yerləşdirmək, elanları redaktə etmək, şəxsi profilə sahib olmaq və elanların idarə edilməsi ilə bağlı funksiyalardan istifadə etmək üçün istifadəçinin Saytda qeydiyyatdan keçməsi mütləqdir.
4.3. İstifadəçi qeydiyyat zamanı təqdim etdiyi məlumatların düzgünlüyünə görə tam məsuliyyət daşıyır.
4.4. Hesab məlumatlarının (login, şifrə və s.) üçüncü şəxslərə ötürülməsi qadağandır.
4.5. Administrator istifadəçi hesabını aşağıdakı hallarda dayandıra və ya silə bilər:
bu Razılaşmanın pozulması;
saxta və ya şikayət olunan elanlar;
qanunvericiliyin tələblərinə zidd fəaliyyət.
5. Elanların yerləşdirilməsi qaydaları
5.1. Elan yerləşdirən şəxs elan etdiyi əmlak üzərində mülkiyyət və ya vasitəçilik hüququna malik olmalıdır.
5.2. Elan məlumatları real, aktual və düzgün olmalıdır.
5.3. Aşağıdakı elanlar qadağandır:
mövcud olmayan əmlaklar;
saxta qiymətlər və ya şəkillər;
təkrar və spam elanlar;
qanunsuz tikililər barədə məlumatlar.
5.4. Administrator elanları öncədən və ya sonradan moderasiya etmək hüququna malikdir.
6. Tərəflərin hüquq və öhdəlikləri
6.1. İstifadəçinin hüquqları:
Saytdan pulsuz istifadə etmək;
Elan yerləşdirmək və redaktə etmək;
Hesabını silmək.
6.2. İstifadəçinin öhdəlikləri:
Qanunvericiliyə və bu Razılaşmaya riayət etmək;
Digər istifadəçilərin hüquqlarını pozmamaq.
6.3. Administratorun hüquqları:
Saytın funksionallığını dəyişmək;
Qaydaları yeniləmək;
Qanun pozuntularına qarşı tədbir görmək.
7. Məsuliyyətin məhdudlaşdırılması
7.1. Sayt yerləşdirilən elanların məzmununa görə birbaşa məsuliyyət daşımır.
7.2. Sayt, vasitəçilik istisna olmaqla, alıcı və satıcı arasında bağlanan müqavilələrdə tərəf deyil .
7.3. Texniki nasazlıqlar səbəbilə yaranan müvəqqəti əlçatmazlıqlara görə Sayt məsuliyyət daşımır.
8. Şəxsi məlumatların qorunması
8.1. İstifadəçilərin şəxsi məlumatları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunur.
8.2. Şəxsi məlumatlar üçüncü şəxslərə yalnız qanuni əsaslarla təqdim edilə bilər.
9. Dəyişikliklər
9.1. Administrator bu Razılaşmaya istənilən vaxt dəyişiklik etmək hüququna malikdir.
9.2. Dəyişikliklər Saytda dərc edildiyi andan qüvvəyə minir.
10. Mübahisələrin həlli
10.1. Razılaşmadan irəli gələn mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.
10.2. Mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri səlahiyyətlidir.
11. Əlaqə
11.1. Razılaşma ilə bağlı suallar üçün istifadəçilər Saytın Əlaqə bölməsi vasitəsilə müraciət edə bilərlər.